KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı və Gəncədə qanunsuz tikintilərin qarşısını alıb. Nazirliyin məlumatına görə, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi və Gəncə ərazisində müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktları aşkar edilib. Müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.
- Baxış: 243