KepezTV Player
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Dövlətimizin başçısı Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirib. Dövlət başçısı bu barədə Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edərkən deyib. Prezident İkinci Qarabağ müharibəsi dövründə də Pakistanın Azərbaycana göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanı başa çatdırdığımızı, suverenliyimizin tam bərpa olunduğunu, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığını məmnunluqla bildirib.
- Baxış: 245