• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1739
— 01.11.2023 08:54

Ucarda eyni ərazidə yük avtomobilləri, avtobuslar toqquşub

KepezTV Player

Bakı-Qazax avtomobil yolunun Ucarın Küçəkənd kəndində iki hadisəsi qəza baş verib. Əvvəlcə Gəncə istiqamətində hərəkətdə olan iki ağırtonajı yük avtomobili toqquşub. Ərazidə bir neçə saat sonra yenidən iki avtobus qəzaya uğrayıb. Belə ki, Gəncə istiqamətində hərəkətdə olan mikroavtobus qəza törədən yük avtomobillərinə görə sürəti azaldıb. Arxadan gələn digər iritutumlu avtobus mikroavtobusa çırpılıb. Hər iki qəza nəticəsində, ümumilikdə, 16 nəfər xəsarət alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.