• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 31.10.2023 11:17

Daşkəsəndə yanacaqdoldurma məntəqəsində partlayışın qarşısı alınıb

KepezTV Player

Daşkəsən şəhərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində yanğın baş verib. Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanacaqdoldurma məntəqəsinin ərazisindəki generatorda qısaqapanma nəticəsində qatı tüstülənmənin baş verdiyi və məntəqə üçün təhlükənin yarandığı müəyyən olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstülənmənin qarşısı qısa müddətdə alınaraq böyük fəsadların yaranmasına imkan verilməyib.