• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 30.10.2023 16:15

Orta məktəbdə 53 min manatlıq mənimsəməyə görə direktora cinayət işi açılıb

KepezTV Player

Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda başlanan cinayət işinin istintaqı yekunlaşıb. Təhsil müəssisəsində yol verilən qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib. Bu barədə Yevlax rayon prokurorluğundan məlumat verilib. İstintaqla məktəbin direktoru işləmiş Rəşad Əsədovun 53 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Davamiyyəti olmayan işçilərə və tədris olunmadığı halda dərnək dərslərinə görə müəllimlərə əməkhaqqı ödənilməsi məlum olub. Evdə fərdi təhsilə cəlb edilən sağlamlıq imkanları məhdud şagirdlərə tədris olunan dərs saatlarına görə müəllimlərə hesablanan əmək haqqının öz əmək haqqı kartına köçürülməsi aşkar edilib. Həmçinin rüşvət müqabilində məktəbdə təhsil alan şagirdin adına olan ümumi orta təhsil haqqında attestata başqa şəxsə aid məlumatları daxil etməsi müəyyənləşib. İş üzrə toplanan sübutlar əsasında Rəşad Əsədova ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.