• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1726
— 29.10.2023 17:41

Üzərinə ağac budağı aşan gənc ölüb

KepezTV Player

Ağstafada 23 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb. HadisəSəməd Vurğun Parkında qeydə alınıb. Şəhər sakini Seymur Məmmədov yoldaşları ilə çay içən zaman anidən ağaclardan birinin qurumuş budağı gəncin üzərinə düşüb. Baş nahiyəsindən ağır xəsarətlər alan gənc Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Məlum olub ki, o, dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.