Gəncə Dövlət Universitetində Belçikanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Belçikaya komikslərlə səyahət” adlı sərgi açılıb. Mədəniyyət Nazirliyinin və Belçika Komiks Mərkəzinin tərəfdaşlığı ilə reallaşan tədbir 2 ölkə arasında münasibətlərin yaradılmasının 30-cu ildönümünə həsr olunub. Məqsəd Azərbaycan ictimaiyyətinə Belçika irsini təbliğ edir. Hər bir panel ziyarətçiyə Belçikada bir şəhər və ya bölgəni kəşf etmək imkanı verib. Sərgi klassik albomlardan müasir nəşrlərə kimi dövrlərin və janrların müxtəlifliyini, həmçinin ölkənin zənginliyini əks etdirib.
Mişel Pitermans- Belçikanın Azərbaycandakı səfiri: “Gəncədə sərginin açılışında iştirak etməyimə görə çox şadam. Bu, mənim əslində Gəncəyə ikinci səfərimdir. Belçikada komikslərə əslində 9-cu incəsənət növü deyirlər. Sərginin təşkilinə və qonaqpərvərliyə göə təşəkkürümü bildirirəm. Səfər, mənə həm də regionu yenidən kəşf etmək imkanı yaratdı”.
Pərvin Abbaszadə
- Baxış: 196