KepezTV Player
Bakıda Azərbaycan və Litva Müdafiə nazirliklərinin hərbi tibb mütəxəssisləri arasında hərbi təbabət sahəsində təcrübə mübadiləsi məqsədilə görüş keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə hərbi tibb sahəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə fikir mübadiləsi aparılıb. Litva nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub. Sonra qonaqlar Tibb İdarəsinin tabeliyində fəaliyyət göstərən hərbi tibb müəssisələrində yaradılan şəraitlə tanış olublar.
- Baxış: 183