• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1726
— 26.10.2023 16:27

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb

KepezTV Player

Şəmkirdə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlmaqda şübhəli bilinən şəxslər saxlanlıblar. Bu, Rayon Polis Şöbəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı apardıqları mübarizə çərçivəsində reallaşıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şübhəli şəxslər ərazi üzrə polis orqanlarına gətirilib. Rayon sakinləri İsmət Rzayev, Rasim Hacıyev, Seymur Əsgərov, Röyal Nuruzadə, Namiq Fərhadov, Ozal Nağıyev, Teymuraz Musayev və Yaşar Aslanovun üzərlərinə baxış keçirilib. Bu zaman heroin, marixuana və digər narkotik vasitələr aşkar edilərək götürülüb. Saxlanılan 8 nəfər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.