• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1490
— 25.10.2023 15:27

Antiterror tədbirləri zamanı şəhid olanların ailələrinə Prezident təqaüdü təyin edilib

KepezTV Player

Hazırda müzakirə olunan 2024-cü ilin büdcə paketi çərçivəsində müxtəlif sosial proqramların icrası nəzərdə tutulub. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, həmin proqramlar ünvanlı dövlət sosial yardımı və pensiyalarla bağlı məsələləri əhatə edir. Sahil Babayev lokal antiterror tədbirləri nəticəsində şəhid olan hərbçilərin ailələrinin sosial təminat məsələlərindən də danışıb.

Sahil Babayev- Əmək və əhalinin sosial müdafiəsi naziri: "Artıq şəhidlərimizin ailələrinə Azərbaycan Respublikası prezidentinin təqaüdü tam şəkildə təyin olunubdu. Bütün ailə üzvlərinə təyin olunubdu. Onlar üçün pensiya təminatı istiqamətində aidiyyatı sənədləşmə işləri aparılır. Təqribən artıq 40 faizinin artı pensiyaları təmin olunubdur. Onlar üçün icbari siğorta çərçivəsində birdəfəlik ödəmələr təmin olunubdur. Və qısa müddət ərzində bütün ödənişlər tam şəkildə icra olunacaqdır. Sadəcə qanunvericiliyin tələbi olaraq bir sıra normative sənədlərin gözlənilməsinə ehtiyac var. Çünki xüsusi ilə şəhid ailələlərində vərəsələrin müəyən edilməsi onların razılığının alınması ilə bağlı prosedurlar gözlənilir. Digər bütün istiqamətlər üzrə ödənişlər tam təmin olunmuşdur".