• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1449
— 24.10.2023 16:45

Hərbi qulluqçuların fəaliyyəti yüksək qiymətləndirilib

KepezTV Player

"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir. Təlimə Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları cəlb edilib. 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar taktiki təlimə qatılıb. Təlimlər Bakı, Naxçıvan və azad olunan ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilir.  Təlimdə müasir döyüş üsullarından istifadə olunur. Artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir. Bütün tapşırıqların yüksək peşəkarlıqla icra olunduğu təlimdə hərbi qulluqçularının fəaliyyəti yüksək qiymətləndirilib.

Silah və texnika sərgisi nümayiş etdirilib 
Birgə taktiki təlimin "Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib. Qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar. Həmçinin Türkiyənin "ROKETSAN", "HAVELSAN", "ASELSAN", "BAYKAR" və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib. 

 “Yüksək səviyyəli müşahidəçi günü”ndə qonaqlar təltif edilib
"Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Tacikistanın müdafiə naziri Şerali Mirzo "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təlfif olunub. Onlarla yanaşı, Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov da bu medalla təltif edilib. Müdafiə naziri Zakir Həsənov medalları qonaqlara təqdim edib.

 Bir qrup hərbi qulluqçu mükafatlandırılıb
"Yüksək səviyyəli müşahidəçi günü”ndə müdafiə naziri Zakir Həsənov və türkiyəli həmkarı Yaşar Güler digər qonaqlarla birgə təlimdə iştirak edən bir qrup hərbi qulluqçu ilə görüşüb. Təlimin gedişatını yüksək qiymətləndirən müdafiə nazirləri hər iki qardaş ölkənin təlimdə fərqlənən hərbi qulluqçularına qiymətli hədiyyələr təqdim ediblər