• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 24.10.2023 16:15

Mağazalardan oğurluq edən şəxs saxlanılıb

KepezTV Player

Qax rayonunun Fıstıqlı kəndində bir gecədə iki mağazadan oğurluq edilməsi barədə polis şöbəsinə məlumat verilib. Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxs kassalarda olan ümumilikdə 2 min manata yaxın pulu, danışıq kartlarını, siqaretləri və “nisyə dəftər”lərini oğurlayıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs yaxalanıb. Onun  rayon sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilən Tofiq Mirzəyev olduğu məlum olub. Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.