• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1599
— 24.10.2023 12:14

Gəncədəki yol qəzasında 3 nəfər xəsarət aldı

KepezTV Player

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Nizami Gəncəvi prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "Chevrolet Cruze" markalı avtomobil yol ayrıcında "VAZ-21015" markalı maşınla toqquşub. Hadisə zamanı üç nəfər - 1981-ci il təvəllüdlü Xəyyam Məmmədov, 1990-cı il təvəllüdlü Nizami Nəbiyev və 2009-cu il təvəllüdlü İslam Rəsulov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Zülfüqar Məmmədov adına xəstəxanaya aparılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
Mirqalim Seyidov- Həkim:  "Bu gün hardasa 10:15 radələrində 41 nömrəli məktəbin qarşısında işıqforda avtoqəza olmuşdur və 3 nəfər bununla bağlı bizə müraciət etmişdir. Xəstələr yüngül xəsarət alıblar. Biri döş qəfəsinin əzniyi, ikinci xəstəmiz uşaqdır- sağ baldırın əzilmiş yarasıdır, 3- cü xəstəmiz də alın nahiyəsinin sıyrıq yaraları və çənəaltı nayihənin əzilmiş yarası ilə müraciət etmişdir. Hal-hazırki vəziyyətləri yaxşıdır, bütün yardımları göstərildi və ambulator müalicəyə göndərildi".