• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 24.10.2023 10:06

Mikroavtobus minik avtomobili ilə toqquşub, yaralananlar var

KepezTV Player

Qubada mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var. Hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Quba-Zərdabi" marşrutu üzrə işləyən “Mercedes” markalı mikroavtobusla “VAZ-2106” markalı minik avtomobili toqquşub. Məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Qəzanın səbəbləri araşdırılır.