KepezTV Player
Füzuli şəhərinə səfər edən diplomatik korpusun nümayəndələri “Füzuli Şəhəri Günü” tədbiri çərçivəsində açılan sərgilərlə tanış olublar. 70-ə yaxın diplomat, habelə 30-a yaxın səfir “Ümumilli Lider Heydər Əliyev və Füzuli", Məhəmməd Füzuliyə həsr olunmuş "Vətənimdir, vətənim!" adlı sərgilərə baxıblar. Bundan başqa, "Yedditəpə kurqanları" abidəsində aşkarlanmış arxeologiya nümunələrinin, xalçaların sərgisi, “100 Tar” adlı kompozisiya da qonaqlar tərəfindən maraqla qarşılanıb. Daha sonra qonaqlar milli mətbəximizin təamlarından dadıblar.
- Baxış: 181