KepezTV Player
Ağstafa rayonu, Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istehsal prosesində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati tədbir görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
- Baxış: 174