• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1462
— 17.10.2023 09:35

İmişlidə traktorla minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb

KepezTV Player

İmişlinin Cəfərli kəndində Əliqulular kənd sakini, 1989-cu il təvəllüdlü Hümbətov Samir Fazil oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə traktor toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü və avtomobildə olan sərnişin - Cəfərli kənd sakini Məmmədov Cavad Azad oğlu xəsarət alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.