• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1953
— 12.10.2023 08:24

"Fransanın indi ədalətdən və beynəlxalq hüquqdan danışması qəbuledilməzdir"

KepezTV Player

Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları pisləyərək rədd edib. Bildirilib ki, Kolonanın Azərbaycanın Qarabağ bölgəsini heç bir güc tətbiq edilmədən, könüllü şəkildə tərk edən ermənilərin Ermənistanda yerləşməsinin guya Azərbaycan tərəfindən planlaşdırıldığı iddiasını səsləndirməsi Fransanın beynəlxalq təşkilatların rəyinin, hətta Ermənistan baş nazirinin 21 sentyabr tarixli bəyanatının əksinə, öz məkrli və xəyalpərəst siyasətlərini davam etdirmək marağından çıxış etdiyini göstərir. Öz qanlı müstəmləkəçiliyi və vasitəçiliyi dönəmində işğalçı tərəf olan Ermənistanı dəstəkləyən Fransanın indi ədalətdən və beynəlxalq hüquqdan danışması qəbuledilməzdir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, işğalçı qüvvələrin qeyd-şərtsiz, tam və dərhal çıxmasını, məcburi köçkünlərin öz evlərinə qayıtmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 27 il ərzində icrasını təmin etmək istiqamətində heç bir addım atmayan Fransanın indi Azərbaycana qarşı qərnamə qəbuluna çağırış etməsi riyakarlıq nümunəsidir. 44 günlük Vətən müharibsindən sonra son üç il ərzində Fransa tərəfi əsassız BMT Təhlükəsizlik Şurası təşəbbüsləri ilə çıxış etmək əvəzinə qanunsuz fəaliyyətə son qoyulması və erməni silahlı qüvvələrin ərazilərimizdən çıxarılması məqsədilə Ermənistana düzgün istiqamət versəydi, bu, bölgədə sülh və təhlükəsizliyə əsl töhfə olardı. Xarici İşlər Nazirliyi Fransa tərəfinə bir daha xatırladıb ki, Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verə bilməz və bu kimi destruktiv əməllərə dərhal son qoyulmalıdır. Ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı bütün addımların qarşısı qətiyyətlə alınacaqdır.