• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1475
— 10.10.2023 09:08

Kənd sakini ayının hücumuna məruz qalıb

KepezTV Player

Qaxın Sarıbaş kəndində, dağlıq ərazidə Qaxbaş kənd sakini, 1966-cı il təvəllüdlü Fəxri Şahmiddin oğlu Babayev çobanlara atla ərzaq apararkən ayının hücumuna məruz qalıb. Ayı Fəxri Babayevi atdan salmaq istəyən zaman o, heyvanı təpiklə uzaqlaşdırmaq istəyib. Bu zaman ayı onun hər iki ayağını dişləyib. F.Babayev ayını qorxuda bilib və yırtıcı heyvan ərazidən qaçaraq uzaqlaşıb. Yaralıya Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.