KepezTV Player
Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi 2024-cü ildən fəaliyyətə başlayacaq. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova deyib. Onun sözlərinə görə, artıq Füzuli-Ağbənd dəmiryolu xəttinin 60 %-dən çoxu hazırdır. 3 ildən az bir müddətdə multimodal Zəngəzur dəhlizinin 110,4 kilometrlik birxətli dəmir yolu seqmentinin üçdə ikisindən çoxu artıq döşənib. Dəhliz boyu 3 tunel, onlarla körpü və 9 dəmir yolu stansiyası tikiləcək. Həkəri çayı üzərindən 418 metrlik dəmir yolu körpüsünün tikintisi yaxın vaxtlarda işlək vəziyyətdə gətiriləcək", deyə Aybəniz İsmayılova qeyd edib.
- Baxış: 205