İsrailin Azərbaycandakı səfiri Corc Dik oktyabrın 7-nin Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacağını bildirib. Vurğulayıb ki, HƏMAS terrorçuları İsrail vətəndaşlarını öldürmək, qaçırmaq üçün İsrailin cənubundakı şəhərlərə hücum edərək gözlənilməz müharibəyə başlayıb. "Bu müharibə uzun sürəcək, çətin olacaq, amma biz etməli olduğumuzu edəcəyik və sülhü geri qazanacağıq”, - deyə diplomat qeyd edib.
Corc Dik - İsrailin Azərbaycandakı səfiri: “HƏMAS bir soyqırımı təşkilatıdır, onun liderləri açıq şəkildə bütün yəhudilərin öldürülməsindən danışır. Bu, onların nizamnaməsində yazılıb. Nifrət mədəniyyəti bu barbarlığın səbəbidir. İsrail ordusu HƏMAS-ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq. Biz HƏMAS təhlükəsini aradan qaldıracağıq. Biz qərarlıyıq, biz birik və biz qalib gələcəyik. Azərbaycandakı bacı və qardaşlarımızdan gələn dəstək mesajları bizi heyrətə gətirib. Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardan nə qədər mesaj, məktub və zəng aldığımızı saymağı dayandırdım. Səfirliyin darvazasına gül dəstələrinin düzülməsi isə, doğrudan da, ürəkaçandır. İsrail xalqı adından Azərbaycan xalqına demək istəyirəm ki, siz bizim qəlbimizə toxundunuz, sağ olun!"
- Baxış: 165