• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1230
— 09.10.2023 19:35

Xankəndidə tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir

KepezTV Player

Xankəndi şəhərində digər həyati vacib sahələr kimi tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.  TƏBİB-dən bildirilib ki, oktyabrın 1-dən etibarən Xankəndi şəhərində ambulator poliklinika, tam heyətlə, eləcə də tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub.