KepezTV Player
Oktyabrın 6-sı saat 21 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində 1986-cı il təvəllüdlü Zaməddin Həsənovun minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluqdan bildirilib ki, hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Xəsarət alan şəxsin hər iki ayağı amputasiya edilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. Dünən həmçinin Tərtərin Çaylı kəndi ərazisində Həsənqaya kənd sakini 24 yaşlı Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşərək həlak olub.
- Baxış: 198