Naftalanda "İnsultun reabilitasiyası və Elektrostimulyasiya” üzrə I regional təlim keçirilib. Azərbaycanın müxtəlif bölgələrindən 100-ə yaxın nevroloq, reabilitoloq, fizioterapevtlər, ailə həkimləri, tibb işçilərinin qatıldığı təlimdə insult keçirən xəstələrin müalicəsi istiqamətində Avropada təlim keçən həkimlər öz biliklərini paylaşıblar. Eyni zamanda belə xəstələrin reabilitasiyasında mühüm yer tutan elektrostimulyasiya növləri ilə bağlı fikirlərini bölüşüblər.
Sədaqət Hüseynova- Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru: “Bugünkü tədbirdə müasir nevroreabilitasiyanın aktual problemlərinə həsr olunmuş məruzələr təqdim olunur və bütün bu işlər Azərbaycanda nevroreabilitasiyanın, xüsusən insultun reabilitasiyasının təşkilinin həm mərkəzdə, həm regionlarda yüksəlməsinə səbəb olacaqdır. Bu da insultdan əziyyət çəkən insanların əmək fəaliyyətinə qayıtmasına, əlilliyin azalmasına səbəb olacaqdır".
Fərid Mehdiyev
- Baxış: 227