• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1223
— 05.10.2023 15:47

Əli dinc sakinlərin qanına bulaşanlar qanun qarşısında cavab verirlər

KepezTV Player

Üç il bundan öncə vətən müharibəsi dövründə ermən silahlı qüvvələri tərəfindən Gəncə növbəti dəfə raket hücumuna məruz qaldı. Bu dəfə də şəhər infranstrukturuna ziyan dəyməklə mülki sakinlər arasında xəsarət alanlar oldu. Amma ermənilərin düşündüyünün əksinə olaraq şəhər sakinləri daha qəti şəkildə və əminliklə orduya dəstək nümayiş etdirirdi, dövlət başçısının yanında olduğunu göstərirdi. İndi bu terroru törədənlər ədalət qarşısında cavab verir, tutularaq istintaqa cəlb olunublar.

Naqif Həmzəyev- millət vəkili: "Azərbaycanlıların qanına əli batmış, hərbi cinayətlər törətmiş, bütün erməni hərbi və siyasi rəhbərliyində təmsil olunan terroristlər, quldurlar mərhələli şəkildə həbs olunaraq Bakıya gətirilir və istintaqa cəlb olunur. Ümumiyyətlə, artıq uzun müddətdir həmin şəxslər barəsində hərbi cinayətlər törətdiklərinə dair cinayət işi açılıbdır. Bəziləri İnterpol vasitəsi ilə axtarışdadır. Əminliklə deyə bilərəm ki, biz Araik Arturyan və digərlərini həbs edib, Bakıya gətirə bilmişiksə, deməli, bu, o deməkdir ki, biz digərlərini də həbs edəcəyik. Digərləri də qanun qarşısında cavab verə biləcəklər".