KepezTV Player
Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş ölkədən gəlmiş peşəkar psixoterapevtlər və nazirliyin psixoloqlarının birgə iştirakı ilə 2021-ci ilin yanvar ayından ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bu müddət ərzində respublikanın müxtəlif bölgələrində 4000 nəfərə yaxın vətəndaşa, o cümlədən 430-a qədər uşaq və yeniyetməyə ümumilikdə 9500 seans psixoloji yardım göstərilib.
- Baxış: 121