• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1358
— 05.10.2023 09:52

Bakıda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var

KepezTV Player

Bakının Qaradağ rayonunda 194 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə zamanı avtobusda olan sərnişinlər - 1993-cü il təvəllüdlü Abbasova Məlahət Əmir qızı və Abbaslı İsmayıl Badir oğlu xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.