• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 02.10.2023 16:04

Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb

KepezTV Player

Xankəndiyə qayıdış üçün hazırlıq işlərinə başlanılıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Goranboy rayonunda müvəqqəti məskunlaşmış, Xocalı və Xankəndidən olan məcburi köçkünlərlə keçirdiyi görüşdə məlumat verilib. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, doğma torpaqlara geri dönüşün gedişi barədə görüş iştirakçılarına ətraflı məlumat çatdırılıb. Qeyd edilib ki, bölgədə sülh və reinteqrasiya şəraitində yaşamaq, dayanıqlı məskunlaşmaq və iqtisadi dirçəlişi təmin etmək üçün əlverişli imkan yaranıb. Xocalıya və Xankəndiyə Böyük Qayıdışın səmərəli şəkildə təşkili ilə bağlı hazırlıq işlərindən danışılıb.