• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 02.10.2023 13:46

Yasamal rayonunda piyadanın ölümünə səbəb olan qəza baş verib

KepezTV Player

Bakının Yasamal rayonunda piyadanın ölümünə səbəb olan qəza baş verib. Yol-nəqliyyatı hadisəsi Bakı dairəvi yolunun Yeni Yasamal yaşayış massivinə düşən hissəsində qeydə alınıb. Şosedə yolu keçmək istəyən piyada 1988-ci il təvəllüdlü Ceyhun Mustafayevi “Kia” markalı avtomobil vurub. Piyada zərbənin təsirindən hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.