• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 29.09.2023 16:04

Hacıqabulda ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb

KepezTV Player

Hacıqabulda ağır yol qəzası baş verib, xəsarət alanlar var. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində qeydə alınıb. "Chevrolet" markalı minik maşınının sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər. Faktla bağlı araşdırma aparılır.