KepezTV Player
"Qarabağ bölgəsinə və bütün Azərbaycana sülh və tərəqqi diləyirəm". Bu, Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda əksini tapıb. "Mən Qarabağ bölgəsində baş verən hadisələri diqqətlə izləyirəm. Qeyd edim ki, onilliklər boyu davam edən mübahisələrin həlli bir çox dünya dövlətlərinin tarixində olduğu kimi, güclü və ağıllı liderin cəsarətini və müdrikliyini tələb edir. Yaranmış yeni vəziyyətin region və onun sakinlərinin tam inteqrasiyası üçün imkanlar açacağına ümid edirəm", - məktubda qeyd olunub.
- Baxış: 166