• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1180
— 25.09.2023 12:02

Bakıda minik avtomobili xətt avtobusu ilə toqquşub

KepezTV Player

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən şadlıq sarayının qarşısında Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı minik avtomobili ilə Səfərov Orxan Adil oğlunun idarə etdiyi “187” nömrəli xətt avtobusu toqquşub. Nəticədə "Opel Astra"nın sürücüsü Novruzov və sərnişini Gülü Əliyeva hadisə yerində ölüb, avtobusun sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.