KepezTV Player
Ermənistanda kütləvi etirazlar davam edir. Şəhərin əsas küçə və prospektlərinə giriş-çıxış məhdudlaşdırılıb. Respublika meydanına polis qüvvələri cəmləşdirilib. Aksiya iştirakçıları baş naziri Nikol Paşinyan və kabinetinin istefasını tələb edirlər. İndiyədək 142 nəfər saxlanılıb. Onların arasında "Ermənistan" fraksiyasının deputatı Tadevos Avetisyan, keçmiş prezident Robert Koçaryanın oğlu Levon Koçaryan da var. Saxlanılanlar Ermənistan Cinayət Məcəlləsinin "hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama" maddəsi ilə ittiham olunurlar.
- Baxış: 158