KepezTV Player
Qərbi Azərbaycan İcması qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktını kəskin şəkildə pisləyib. "Hesab edirik ki, terror aktlarının törədilməsi üçün azad edilmiş ərazilərimizdə çəkilən yolların seçilməsi heç də təsadüfi deyildir. Bu, əvvəlcədən planlaşdırılmış, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin, keçmiş məcburi köçkünlərin qayıdışının qarşısının alınmasına, qorxu və ruh düşkünlüyünün yaradılmasına hesablanmış xain bir addımdır. Beynəlxalq ictimaiyyəti bölgəni qana çalxalamaq niyyəti güdən bu təhlükəli siyasətdən çəkinmək üçün Ermənistana təzyiq göstərməyə çağırırıq.", - deyə İcmadan vurğulanıb.
- Baxış: 165