• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1165
— 16.09.2023 20:03

İrəvanın təxribatları fonunda Bakının humanistliyi

KepezTV Player

"Laçın" sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub. Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul edən sakinlər də var. 

Səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində "Laçın" sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Məntəqədən Xankəndi-Gorus istiqamətində komitəyə məxsus ümumilikdə 7 nəqliyyat vasitəsi keçid edib. Həmin nəqliyyat vasitələrində  Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvləri, sürücülər, tibb işçisi, 8 xəstə və 7-si müşayiətçi olmaqla ümumilikdə 25 nəfər olub. Aralarında Rusiya və Ermənistan vətəndaşları da olan daha 79 nəfərin də postdan keçidi təmin edilib.

Azərbaycan Qırmızı  Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün göndərdiyi ərzaq yüklü avtomobil hələ də Ağdam-Əsgəran-Xankəndi yolundadır. 

Ceyhun Mirzəyev- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi: “Keçid üçün bütün lazımi danışıqlar aparılıb. Lazımi sənədlər təqdim olunub. Hal-hazırda gözləmə mövqeyindəyik. Cavab gözləyirik. Yəni müsbət cavab olarsa, bu və ya digər şəkildə həmin gördüyünüz 2 TIR-da olan 40 ton ərzaq yükünü, daha dəqiq desək un məmulatlarının keçidini reallaşdırmaq üçün tam hazırıq”. 

Bakıdan yola salınan humanitar yük avtomobilləri avqustun 29-dan Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Cəmiyyətin əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər.

Vüsalə Cənnətova