Bizim problemli məsələlərdən biri də Birinci Qarabağ müharibəsində itkin düşmüş soydaşlarımızın tapıntıları ilə bağlıdır. Bu istiqamətdə bütün dövlət qurumları tərəfindən işlər gedir. Hazırda qazıntı, tikinti işləri aparıldıqca tapıntılar aşkar olunur, dərhal ekspertizaya göndərilir. Prokurorluq orqanları tərəfindən bunlar hamısı rəsmiləşdirilir, DNK nümunələri götürülür və ekspertizalar aparılır. Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib ki, bütün şəxsiyyətlərin müəyyənləşməsi ilə bağlı işlər davam edir. "Təəssüf ki, Ermənistan bizə kütləvi məzarlıqlar barədə məlumatları, xəritələri vermir. Verilən xəritələrin əksəriyyəti reallığa uyğun deyildi. Amma biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.", - deyə Kamran Əliyev əlavə edib.
- Baxış: 259