"Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin tikinti və təmir işləri ilə bağlı son vəziyyət açıqlanıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, Şuşa şəhəri 1 nömrəli 960 yerlik tam orta məktəbdə son tamamlanma işləri aparılır. Şuşa real məktəbində bərpa işlərinə hazırlıq gedir. Zabux kəndində 176 yerlik məktəbdə bərpa-gücləndirmə və əsaslı təmirlə bağlı son tamamlanma işləri görülür. Ağdam şəhəri 960 yerlik 1 nömrəli tam orta məktəbində tikinti işləri davam edir. Cəbrayıl şəhəri 960 yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə sponsor dəstəyi ilə tikinti işləri görülür. Zəngilan və Kəlbəcər şəhərlərindəki 960 yerlik tam orta məktəblərdə tikinti işlərinə hazırlıq gedir. Qubadlıda 600 yerlik tam orta məktəbdə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılacaq. Ağdam şəhəri 160 yerlik körpələr evi-uşaq bağçasında, Füzuli peşə liseyində tikintiyə hazırlıq aparılır. Ağdamda 2 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasında, 2 nömrəli 960 yerlik tam orta məktəbdə, Zəngilan şəhəri 160 yerlik körpələr evi-uşaq bağçasında tikintinin layihələndirilməsinə hazırlıq gedir.
- Baxış: 222