Tədris və tərbiyə müəssisəsi olan məktəblərdə müəllimlərin rolu əvəzsizdir. Müəllim uşaqlara, elm, bilik, savad verməklə yanaşı, həm də onların vətənə layiqli övlad kimi yetişməsində də böyük əmək sahibidir. Bəzən deyirlər ki, müəllim həm də psixoloq olmalıdır. Əlbətdə, bu doğrudur. Müəllim psixoloq qabiliyyətindən uşaqlarla davranışında istifadə edə bilər. Lakin hər hansı şagirdin psixoloji probleminin həllində ona dərindən kömək edə bilməz. Belə olan halda köməyə məktəb psixoloqları gələ bilər. Bu da o deməkdir ki, məktəblərdə psixoloqların üzərinə çox çətin və məsuliyyətli iş düşür. Ələxsus da son zamanlar baş verən xoşagəlməz hallar, məktəb psixoloqunun işinin əhəmiyyətini bir daha qabardır. Bəs məktəblərdə bu sahədə vəziyyət necədir? Araşdırmamızı izləyək.
Görüntülərdən də görünür ki, inkişaf edən cəmiyyət və ağırlaşan təhsil yükü fonunda Azərbaycanda məktəb psixoloqlarına ehtiyac daha da artmaqdadır. Psixoloqlar müasir təhsil sistemində uşaqların məktəb təlimi şəraitinə və məktəb həyatına uyğunlaşmasını təmin etmək, uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq, geridə qalan və mürəkkəb davranış sərgiləyən uşaqlarla söhbətlər apararaq psixoloji səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq üçün zəruri rol oynayırlar. Həmsöhbətimiz olan məktəb psixoloqu da şagidlərin evdə və cəmiyyətdə yaşadıqları problemlərinin məktəblərə də kifayət qədər yansıdığını təsdiqləyir və onlarla söhbətlərin lazımlı olduğunu vurğulayır.
Məktəbdəki psixoloqların şagirdin təlim-tərbiyəsi, psixoloji durumu, həmyaşıdları ilə qarşılıqlı münasibətləri, habelə ümumi və xüsusi istedadlarının üzə çıxarılmasında iştirakı valideyinlər tərəfindən də müsbət qarşılanır və dəstəklənir. Həmçinin bu proses şagirdlərin də marağına səbəb olur.
Məktəblərdə psixoloq işinin nə dərəcədə vacibliyi məsələsinə gəlincə isə müasir dövrdə bu sahəni diqqətdə saxlamaq mütləqdir.
Aişə Rzayeva
- Baxış: 590