Gəncədə 2 fevral Gənclər günü ilə bağlı intelektual oyun təşkil edilib. Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin dəstəyi ilə reallaşan Nə? Harada? Nə zaman? oyununda Gəncənin orta məktəblərinin gənc müəllimləri iştirak edib. Şəhərin 45 məktəbindən hərəsində 4 nəfər olmaqla 9 komanda biliklərini sınayıblar. İştirakçılara 2 mərhələdə ümumi olaraq 22 sual təqdim edilib. Oyunun keçirməkdə məqsəd müəllimlərin dünya görüşününün stimullaşdırılması, ünsiyyət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir. Yarışda birinci yerə Dahilər, ikinci yerə Zəfər yolu və üçüncü yerə isə Xəmsə komandası layiq görülüb. Qalib komandalara diplom, medal və xatirə hədiyyələri təqdim edilib.
- Baxış: 278