Şəmistan Əlizamanlı “Tərəqqi” medalı ilə təltif olunub
Mədəniyyət xadimlərinə fəxri adlar verilib
Prezident əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər prezidentə təqdim ediləcək.
Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Digər sərəncamla mədəniyyət xadimlərinə“Xalq rəssamı”,“Əməkdar artist”,“Əməkdar rəssam”,“Əməkdar mədəniyyət işçisi” fəxri adları verilib.
- Baxış: 269