KepezTV Player
Gəncədə Şəhər İcra Hakimiyyəti, "Gəncə İş Adamları" İctimai Birliyi, AMEA-nın Gəncə bölməsinin birgə təşəbbüsü ilə ərsəyə gətirilən nizamigencevi.az saytının təqdimat mərasimi keçirilib. Mərasimdə dahi mütəfəkkirin 880 illiyinə həsr olunan silsilə tədbirlərin davamı kimi saytının da istifadəyə verilməsinin önəmi vurğulanıb. İnternet resursunda Nizami Gəncəvinin irsini əks etdirən məlumatlar yer alıb. Saytda Nizami Gəncəvi haqqında ən çox axtarılan bilgilər, əsərləri, Xəmsəsi əsasında çəkilən miniatürlər əks olunub. Təqdimat mərasimində Gəncə Dövlət Dram Teatrının aktyorları dahi şairin əsərləri əsasında hazırlanmış tamaşa təqdim ediblər, rəsm əsərləri sərgilənib.
- Baxış: 554