“Keçmiş prezident Mixeil Saakaşvili Gürcüstanda dövlət çevrilişi etmək istəyib”. Bunu hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları onun yeni cinayətinin qarşısını almaq üçün bütün tədbirləri görüb.Ötən gün Tbilisidə saxlanılan və Rustavi şəhərində 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilən Saakaşvili aclıq elan edib. O həbsxanada tərəfdarlarına məktub göndərərək fikrlərini - “Gürcüstanın azadlığı sizin fəallığınız və yaxın günlərdəki mübariz ruhunuzdan asılı olacaq. Beynəlxalq dəstək də bundan asılıdır. Xahiş edirəm, şübhə etməyin və sona qədər inanın ki, qələbəmiz öz əlimizdədir", - kimi ifadə edib.Gürcüstan prezidenti Salome Zurabişvili isə deyib ki, Mixeil Saakaşvili əfv edilməyəcək. Gürcüstanın Baş Prokurorluğunun məlumatına görə, Saakaşvili üç məhkəmə instansiyası tərəfindən təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.
- Baxış: 523