KepezTV Player
"Bu gündən ölkə ərazisində COVİD -19 pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin bir qismi ləğv olunur". Həftəsonu ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir. O cümlədən, istirahət və əyləncə məkanlarının, uşaq əyləncə mərkəzlərinin, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin, eləcə də konfrans zallarının, kinoteatr və teatrların fəaliyyətinə qoyulan məhdudiyyət götürülür. Sözügedən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərməlidir. İşçilər, eləcə də istirahət mərkəzlərinə gələn yaşı 18-dən yuxarı şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Əks göstəriş sertifikatı da keçərlidir.
- Baxış: 667