Gəncədə şəhər ictimaiyyəti, şəhid ailələri, qazilər bir sözlə damarında azərbaycanlı qanı axan hər kəs şəhidlər xiyabanına axın etdi. Müqəddəs and yerimizdə böyük izdiham yaşanıb. Daha ətraflı şəhidlər xiyabanından xüsusi reportaj hazırlayan əməkdaşımız Nərgiz Əhmədqızının təqdimatında videomaterialda izləyəcəyik.
Qatil gülləsinə qurban gedərkən, gözünü sabaha dikdi şəhidlər, 3 rəngli bayrağı öz qanlarıyla, Vətən göylərinə çəkdi şəhidlər. Bəli bizim şəhidlərimiz qanları ilə tarix yazıb, bayrağımızı ən yüksəkdə dalğalandırdılar. Bu gün bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin.
27 sentyabr- zəfərlə sonlanan müharibənin başladığı gün. 2907 şəhid qanı ilə alınan torpaqlar. Bu gün bütün Azərbaycan şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdi... Bu gün bütün Azərbaycan şəhid adınının şərəfinə göz yaşı axıtdı.
Bu gün hər kəs şəhidlər xiyananına axın etdi. Xalq olaraq necə həmrəy, necə möhkəm və vətənpərvər olduğumuzu bir daha dünyaya sübut etdik. Bax burda deyirlər ki, bir ölər min dirilərik...
Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda isə vətən olur. 30 ilin həsrətinə 44 gündə son qoyan qəhrəmanlar, bizim torpağımızı siz vətən etdiniz. Bu günə qədər Azərbaycanın ikinci böyük şəhəri Gəncə, 600-dan çox şəhid verdi. Nur içində yatın Azərbaycan igidləri, fəxr, qürur yerimiz, uğrunda qan töküb, can verdiyiniz torpaqlar yağı düşməndən təmizlənib. İndi bu torpaqlar doğma nəfəslərlə isinir.
Nərgiz Əhmədqızı
- Baxış: 476