KepezTV Player
Təhsil Nazirliyinin 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər planına əsasən, bütün təhsil müəssisələrində bu günə həsr olunan tədbirlər və dərslər təşkil edilib. Şagirdlərə Vətən müharibəsində əsgər və zabitlərimizin şücaətindən danışılıb. Məktəblilər Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şəkilləri olan plakatlar hazırlayıb və vətənpərlik mövzusunda şeirlər səsləndirib. Məktəblərdə keçirilən anım gününün məqsədi uşaqlara tariximizi daha yaxşı öyrətmək və vətənpərlik hisssini aşılamaqdır.
- Baxış: 5351