KepezTV Player
Müdafiə naziri Zakir Həsənov Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edib. Ziyarətçilər sırasında nazirlə yanaşı, müdafiə nazirinin birinci müavini - Ordumuzun Baş Qərargah rəisi Kərim Vəliyev və Müdafiə Nazirliyinin rəhbər heyəti olub. Onlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri qoyublar. Müdafiə naziri daha sonra jurnalistlərə açıqlama verib.
- Baxış: 244