• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 881
— 01.09.2021 19:10

Ölkə üzrə ikinci nəticə

KepezTV Player

Bu il Şəmkir rayonunda 11-ci siniflər üzrə 1755 nəfər, 9-cu siniflər üzrə isə 2964 nəfər məzun olub. Rayonda yüksək bal toplayan məzunlarla keçirilən görüşdə göstəricilərin ilbəil yaxşılaşdığı, ali məktəblərə qəbul olanların sayında artımın müşahidə edildiyinə diqqət çəkilib. Pandemiya şəraitinin yaratdığı çətinliklərdən irəli gələrək builki göstəricilərində də ürəkaçan olduğu vurğulanıb. Ələxsus da rayonun Düyərli kənd 2 saylı orta məktəbinin məzunu Ayxan Kazımovun 1-ci ixtisas qrupu üzrə ölkədə 2-ci nəticə göstərməsi fəxrlə qeyd edilib. Yekunlaşan ixtisas seçimində məzunlara istidikləri ixtisaslara daxil olmaq arzulanaraq onlara ixtisaslı kadr kimi yetişmələri tövsiyyə olunub. Rayon İcra Hakimiyyəti tərəfindən yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb.