KepezTV Player
Ağır yaralanan daha 3 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.Süleymanlı Aqil Akif oğlu, Əliyev Çingiz Yaquf oğlu, Səlimzadə Tural Vasif oğlu Türkiyədə müalicə olunacaqlar.Fond tərəfindən bu günə qədər 126 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 73-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
- Baxış: 569