• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 21.08.2021 20:38

Enerji içkilərinin zərərindən xəbərdarıqmı?

KepezTV Player

Hippokrat deyirdi ki, insan nə yeyirsə, odur. Yəni insanın bədəni yediyi ərzaqdan və içdiyi sudan formalaşır. Biz də bu deyimə əsaslanaraq, sərinləşdirici içkilərdən danışacağıq. Rəngbərəng, diqqətçəkən qablaşdırmada olan energetik içkilərdən. Xüsusən yay aylarında gənclərin diqqətini çəkən bu içklər mütəxəssislərin rəyinə görə, orqanizmə nəinki fayda vermir, hətta ziyan da gətirir. Bəs insanlar bundan xəbərdardılarmı? Bu mövzuda videomaterialımız var.

şəhər sakini: Zərəli olduğunu deyirlər ona görə istifadə eləmirəm.

şəhər sakini: Enerji içkilərindən mütəmadi istifadə eləmirəm ara sıra olur. Həftədə 1-2 dəfə.

şəhər sakini: :Xeyr. Daha çox təbii şirələrə üstünlük verirəm.

şəhər sakini: Zərərli olduğunu deyə bilmərəm. Yəqin ki zərərli olar. Amma sevmirəm istifadə etmirəm.

Enerji içkilərini tələbələrə, gecə-gündüz işləyən zəhmətkeşlərə, gecə yola çıxan sürücülərə və sadəcə çox yorğun olmasına baxmayaraq işləməyə məcbur olan insanlara bir hədiyyə kimi qiymətləndirirlər. İstehsalçılar vurğulayır ki, onların içkiləri ancaq fayda verir. Belə olan halda sual yaranır: nəyə görə bəzi ölkələrin qanunvericiliyi bu içkilərin geniş istifadəsini və bazarda yayılmasını məhdudlaşdırır?

Şəhla Verdiyeva endokrinoloq: Enerji içkilərinin tərkibinə nəzər salsaq əgər taurin, jenşen, kofein və şəkərdən ibarətdir. Taurin, jenşın və kofein mərkəzi sinir sisteminə uyarıcı təsir göstərir və beləliklə də həm əhval ruhiyyeni qaldırır həm də ki, ayıqlıq hissi yaratdığına görə enerji yüksəlməsinə səbəb olur. Məhz elə adı da burdan götürülmüşdür. Əslində dünyanın bir çox inkişaf etmiş ölkələrində enerji içkilərinə müəyyən bir məhdudiyyət var. Birincisi onlar ciddi bir FT onayından keçir və tərkibi araşdırılır. Qoyulmuş standartların üzərində olarsa satışa buraxılmasının qarşısı alınır.

Bəzi ölkələrdə hətta 18 yaşın altında insanlara enerji içkilərindən istifadə qadağası var. Belə nəticəyə gəlirik ki,  bizə yaxşı gələn içki və ya maddə əslində orqanizmimizə xeyir gətirmir. Bu içkiləri qəbul etməyə vərdiş edən insanlar istifadəni dayandıran zaman yorğun, halsız və əsəbi olurlar, iş qabiliyyətləri çox aşağı düşür.

Şəhla Verdiyeva endokrinoloq: Təxminən 100 ml enerji içkisinin tərkibində 12 qrama qədər şəkər var. Öncəliklə susuzluq hissimizi götürərmiş kimi davranıb əslində yüksək şəkər qəbuluna bağlı dehidratasiyaya səbəb olar əksinə daha çox su ifrazının artması və buna bağlı yenidən susuzlaşma hissinə gətirər. Yüksək doza şəkərin orqanizmaya daxil olması insulin dirənci, diabet, metabalit xəstəliklər, qaraciyər piylənməsi, yüksək xalestrin səviyyəsi və kordiovaskulyar xəstəliklər yarada bilər. Birdə əlbətdəki 65 yaşın üzərindəki insanlar da kordiovaskulyar cəhətdən daha həssas olduqlarına görə mütləq bundan istifadə eləməməlidirlər.

Energetik içkiləri gündə 1-2 bankadan artıq içmək olmaz. Əks halda yüksək qan təzyiqi və qanda şəkərin artması ilə üzləşə bilərsiniz.