• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1802
— 12.08.2021 20:44

Məhərrəmlik mərasimləri karantin qaydalarına uyğun keçiriləcək

KepezTV Player

Bu ilki Məhərrəm ayı 30 illik Qarabağ həsrətinin sonu, illər boyu edilən dua zəfərin səadəti ilə qarşılandı. Məhərrəmlik dönəmində ibadət və dualarda Kərbəla şəhidləri ilə yanaşı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman övladlarımızın, erməni terrorunun və Qarabağ şəhidlərinin, 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi də yad ediləcək. Məhərrəmlik bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçəcək.

Sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlər və mərasimlər karantin qaydalarına uyğun olaraq keçiriləcək. Məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması, özləri və ətrafındakıların həyat və sağlamlığını təhlükədən uzaq tutmaq məqsədi daşıyır. 

Gəncənin məscidləri və İmamzadə ziyarətgahında məhərrəmlik ayının ayinləri müvafiq dövlət qurumları ilə əməkdaşlıq və koordinasiya edilərək təşkil olunacaq. Hacı Tahir Abbasovun sözlərinə görə, dini ayinlər operativ qərargahın qayda və tövsiyələrinə riayət olunması şərti ilə yerinə yetiriləcək.

Bununla yanaşı son illər Məhərrəmlik dönəmində gerçəkləşən qan vermə aksiyaları ən münasib əzadarlıq hesab edilir.

Avqustun 10-dan başlayan Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 19-na təsadüf edir.